Avropanın ən önəmli 50 tədqiqatçısından biri olan həmyerlimiz Tural Xudiyev dünyaya səs salacaq ixtira edib.
ANmedia.az xəbər verir ki, T.Xudiyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər. Soydaşımız bildirib ki, görmə əngəlli insanın gözünə hazırladıqları işığa həssas nanostrukturları yerləşdirdikdə, ölü sinir hüceyrələri bunlarla qıcıqlanır və insanın görmə qabiliyyəti bərpa oluna bilər.
Həmyerlimizin qatıldığı komanda ilə birlikdə gördüyü işlər dünyada tanınmış "Applied Optics’’ jurnalında dərc edilib. Belə ki, elmi karyerasını Massaçusets Texnologiya İnstitutunda davam etdirən T.Xuduyevin də iştirak etdiyi komanda bükümlü nanokabellərin işıq keçirməsini 20 faiz artırmağa nail olub. Bu ixtira sayəsində bükülü (əyri) klassik nanokabellər işiği 20 faiz daha çox udaraq 50 faiz yer sahəsinə qənaət edəcək.
Qeyd edək ki, o, Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. İxtirası ilə dünyada Azərbaycanlı gənc alim kimi məşhurlaşıb. Hacettepe Universitetində "Atom enerjisi mühəndisliyi” fakültəsində bakalavr təhsili alan Xudiyev, Bilkent Universitetində Material elmləri və Nanotexnologiyalar üzrə fəlsəfə doktoru adını alıb. Elmi karyerasını Massaçusets Texnologiya İnstitutunda davam etdirib. O, hazırda Sinqapur Dövlət Universitetində Material Elmləri və Mühəndisliyi fakültəsinin dosentidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin