Qazaxlar kənd tam orta məktəbdə 2 Fevral - Gənclər Günü ilə əlaqədar olaraq “Gənclərlə əl-ələ” adlı dəyirmi masa keçirilib.
Anmedia.az xəbər verir ki, tədbiri məktəbin direktor əvəzi Zövqiyyə Əsədova açaraq bildirib ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.
Çıxış edən müəllimlərin ifadələrində vurğulanıb ki, bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.
Sonda Azərbaycan gəncliyini özündə əks etdirən videoçarx nümayiş olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin