“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə işğaldan azad olunmuş ərazilərdə təhsil alan şagirdlər də qatılıb.
ANmedia.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağdam, Füzuli, Zəngilan məktəbliləri müxtəlif layihələrlə çıxış edirlər:
"Ağdam məktəblilərinin "ağıllı şəhər" layihəsi isə Ağdamın işıqlandırılması, infrastrukturu ilə bağlı ideyalardan ibarətdir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin