
Təhsil Nazirliyi Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döyməsini əks etdirən görüntülərə münasibət bildirib.
Nazirlikdən Anmedia.az-ın sorğusuna cavab olaraq deyilib ki, görüntülər köhnədir:
"Video Cəlilabad rayon Akademik Zərifə Əliyeva adına liseydə 4 il əvvəl - 2018-ci ildə lentə alınıb. Həmin ildə isə Səidə Şükürova müəllim kimi fəaliyyət göstərirdi".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin