Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero “LB Fashion School”un təsisçisi Leyla Babazadəyə və məktəbin komandasına Meksikanın milli geyimlərini hazırlayıb təqdim etdiklərinə görə təşəkkür edib.
ANmedia.az xəbər verir ki, keçirilən tədbirdə bir neçə qurumdan nümayəndələr, “LB Fashion School”un təsisçisi və əməkdaşları iştirak ediblər.
Tədbirdə Viktoriya Romero çıxış edərək deyib ki, Azərbaycanda Meksika mədəniyyətinin tanınması bizi çox qürurlandırır.
Çıxışın ardından “LB Fashion School”un nümayəndələrinə, Leyla Babazadəyə və tələbələrə sertifikatlar təqdim edilib.
“LB Fashion School”un təsisçisi Leyla Babazadə də söz alaraq səfirə minnətdarlığını ifadə edib. Həmçinin, ordumuzun antitterror əməliyyatı nəticəsində qazandığı qələbədən danışıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib.
Leyla Babazadə açıqlamasında qeyd edib ki, təsisçisi olduğu məktəb artıq 8 ildir fəaliyyət göstərir və peşəyönümlü təhsil verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin