
“2023-cü ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında yenilik ediləcək”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 
Onun sözlərinə görə, bu il MİQ zamanı müəllimlərə əlavə 30 dəqiqə vaxt veriləcək:
“İmtahanın müddəti 2 saat 30 dəqiqə olaraq müəyyən ediləcək. Kimya, riyaziyyat, fizika, informatika fənlərində əlavə vaxtın verilməsi vacibdir. Ümumilikdə 100 bal olacaq”.
Nazir əlavə edib ki, yeni qaydalar qüvvəyə minməsə də, artıq bəzi dəyişikliklər dəqiqdir.
İlhamə Əbülfət
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








