Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında 1 nəfər 100 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.
ANmedia.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, magistraturaya qəbul imtahanında maksimal nəticə (100 bal) göstərən Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Zeynallı Nihad Rasim oğludur. O, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında 648.7 bal toplayıb.
Eyni zamanda qeyd edilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 18724 bakalavrdan 255 nəfəri imtahana gəlməyib.