
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna başlanılır.
ANmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat veirlib.
Bildirilib ki, nazirliyin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı (
) və elana dair ətraflı məlumatı () müvafiq keçidlər vasitəsilə əldə etmək mümkündür.Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.
Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə (
)və ya
elektron poçt ünvanına müraciət edə bilərsiniz.
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








