Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Dövlət İmtahan Mərkəzindən verilən məlumata istinadən xəbər verir.
Bildirilir ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında verilib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı isə jurnalın 7-ci sayında dərc olunacaq.
Qeyd edək ki, ali məktəblərdə qruplar üzrə ümumilikdə 2451 (4,78%) plan yeri boş qalıb. Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 285-dir (2,78%).
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin