Təhsil Tələbə Krediti Fondu (TTKF) standart tələbə krediti üçün tələb olunan balı aşağı salıb.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮-a TTKF-dən daxil olan məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının 31 avqust tarixində keçirilən iclasında qəbul olunmuş qərara əsasən, 1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilib.
Qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ümumi orta müvəffəqiyyət göstərici balı nəzərə alınacaq.
Sosial təhsil tələbə krediti almaq üçün isə heç bir bal limiti yoxdur.
Qeyd edək ki, bu günə qədər tələbə qəbulu imtahanında toplanan ümumi balın aşağı həddi 300 bal idi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin