2022-2023-cü tədris ilinin birinci semestri üzrə təhsil tələbə kreditinə müraciətlərin qəbulu davam edir. Bu günədək 779 tələbəyə kredit ayrılıb. Onlardan 210-u sosial, 569-u isə standart yönümlü kreditdir.
Bu barədə ANmedia.az- a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tələbələr təhsil krediti almaq üçün notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlərin qəbulu bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün həyata keçirilir.
Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin