“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlunun dəstəkləri ilə Maarif Vəqfinin məktəbləri bu gün etibarilə Azərbaycanda quruldu”. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mətbuata açıqlamasında deyib.
Səfir qeyd edib ki, bunun hər iki xalqa xeyirli-uğurlu olacağına ümid edirlər. C.Bağçı vurğulayıb ki, Türkiyə XİN xarici ölkələrdə cümhuriyyətin 100-cü ilində insani və mədəni diplomatiya ilə yumşaq gücündən istifadə etməkdədir:
“Biz Türkiyə Beynəlxalq Maarif Məktəblərini qardaşlıq üçün atılmış yeni təməl hesab edirik”.
Səfir qeyd edib ki, Türkiyə Beynəlxalq Maarif Məktəblərinə qeydiyyat başlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








