Koronavirusa yoluxan Xalq artisti Valeh Kərimov müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Anmedia.az xəbər verir ki, bu barədə Xalq artisti Report-a özü məlumat verib. Onun sözlərinə görə, hazırda Bakıda evindədir: "Dörd gün xəstəxanada qaldım, müalicə olundum. İndi tam sağalmışam. Özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, V.Kərimov bir müddət əvvəl koronavirusa yoluxub. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin