Türkyənin "Fox" telekanalında yayımlanan "Maske kimsin sen" adlı musiqi yarışması yayımdan qaldırılıb.
Anmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, veriliş 1 həftə sonra erkən final edəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası olan sənəd dərc edilib. Prezident müvafiq qurumlara bu tip proqramlarla bağlı konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırıb.
Qeyd olunub ki, "milli-mənəvi dəyərlərin sarsılmaması, ailə, uşaq və gənclərin qorunması üçün" bu cür addımlar atılmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin