
“Evdə Tək” filminin ulduzu Makoley Kalkin (“Kevin”) sevgilisi, aktrisa Brenda Sonqla toy hazırlıqlarına başlayıb.
Bu barədə “People” öz mənbələrinə istinadla xəbər verib.Məlumata görə, onların oğulları Dakota dünyaya gələndən bəri bu barədə düşünməyə başlayıblar.
“Makolay və Brenda oğulları olandan bəri bir ailə olaraq birlikdə vaxt keçirməyi sevirlər. Nişanlanma onlar üçün növbəti addımdır”, - deyə mənbə bildirib.
Kalkin sevgilisi ilə 2017-ci ildə “Changeland” filminin çəkiliş meydançasında tanış olub. Həmin vaxtdan birlikdə olan cütlüyün 2021-ci ilin aprelində oğulları olub. Uşağın adı Kalkinin mərhum bacısının şərəfinə Dakota qoyulub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








