
Məşhur fransız aktyor Qaspard Ulliel faciəvi şəkildə dünyasını dəyişib.
Anmedia.az bildirir ki, 37 yaşlı aktyor ölkənin cənub bölgəsində yerləşən xizək mərkəzində başqa bir xizəkçi ilə toqquşaraq ağır yaralanıb. Huşunu itirən Ulliel helikopterlə Qrenobl xəstəxanasına yerləşdirilib. Lakin aktyorun bu gün vəfat etdiyi bildirilib. Digər xizəkçinin isə qəzada xəsarət almadığı bəlli olub.
Qeyd edək ki, Ulliel 2017-ci ildə rejissor Xavier Dolanın çəkdiyi "It's Only the End of the World” filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında Fransanın "Oskar”ı kimi tanınan "Sezar” mükafatını qazanmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








