ANmedia.az xarici mətbuata istinadən xəbər verir ki, rahat ailə gəzintisi üçün Letisiya Ortiz ciddi görünüş seçib. Ağ şalvar və qara köynəyi o, baletka ilə tamamlayıb.
Lakin şahzadə Leonor və Sofiya çıxışı üçün əsl yay paltarları və tanketka ayaqqabı seçiblər. Mətbuatda gec-gec görünən qızlar nəzərəçarpacaq dərəcədə böyüyüb: gələcək İspaniya Kraliçası - Leonor oktyabrda 17 yaşını qeyd edəcək. Kiçik bacısı Sofiyanın 15 yaşı tamam olub. Bununla belə, hər ikisi Letisiyadan çox hündürdür: qızlarının yanında kraliça daha miniatür görünür!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin