
Azərbaycanda işsiz və işaxtaran şəxslərə yönəlik yeni qanun layihələri hazırlanacaq.
ANmedia.az-ın əldə etdiyi məlumata görə, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək İşsiz və işaxtaran şəxslərə yönəlik məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, o cümlədən bu sahədə mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni mexanizmlərin tətbiqini nəzərdə tutan qanunvericilik layihələrini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin