
Son dövrlərdə respublikamızın şimal-qərb bölgəsində rast gəlinən qəhvəyi mərmər bağacığı zərərvericisinin yayılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən monitorinqlər davam edir.
ANmedia.az xəbər verir ki, bu barədə ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.
O qeyd edib ki, hazırda mütəxəssislərlə birgə Zaqatala-Balakən zonasının meşə fondu torpaqlarında və meşə sahələrinə yaxın ərazilərdə müvafiq müayinə və müşahidə işləri aparılır: “Aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq zərərvericilərə qarşı müvafiq tədbirlər görülür”.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








