
Əfsanəvi braziliyalı futbolçu Pele ilə vida mərasimi keçirilir.
Mərasim "Santos" klubunun Urbano Kaldeira Stadionunda təşkil olunub.
Dünyanın hər yerindən milyonlarla insanın vida mesajı göndərdiyi Peleni son səfərində minlərlə insan tək qoymayıb.
19 il “Santos”da oynayan, Braziliya yığması ilə 3 dəfə Dünya Çempionatının qalibi olan və karyerasını "Nyu-York Kosmos"da başa vuran Peleni sonuncu dəfə görmək üçün azarkeşlər stadiona axışıb.
Stadionda Pele üçün hazırlanmış xüsusi muzey də ziyarətçilərin marağına səbəb olub.
Keçmiş futbolçunun cənazə maşını şəhərin küçələri ilə daşınacaq.
Qeyd edək ki, əfsanəvi futbolçu 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Mənbə : apa.az
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








