
Turnir artıq dördüncü dəfədir keçirilir. Sevindirici haldır ki, azarkeşlər oyunlara kifayət qədər maraq göstərirlər.
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində final matçından öncə keçirilən yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
“Hökumət” komandasının heyətində çıxış edən O.Məmmədov “Parlament” kollektivi ilə 6:6 hesablı heç-heçə etdikləri görüşdə möhtəşəm atmosferin olduğunu söyləyib: “Gözəl haldır ki, futbol ictimaiyyəti və futbolsevərlər burada iştirak edirlər. Çox gərgin matç keçirdik. Amma önəmli olan bu qədər azarkeşin buraya toplaşmasıdır. İnanıram ki, final matçı da bu cür maraqlı keçəcək və tamaşaçılar oyundan zövq alacaqlar”.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








