
Azyaşlı Yasmin Həsənova artıq 3 ildir ki, ağır dəri xəstəliyi olan psoriazdan əziyyət çəkir. Bu xəstəlik tam sağalmır, lakin düzgün və davamlı müalicə ilə onun fəsadlarını minimuma endirmək, dəridə yaranan yaraları və qızartıları aradan qaldırmaq mümkündür.
Hazırda Yasmin daimi müalicə alır və tətbiq olunan müalicə nəticəsində dərisindəki yaralar azalıb, qızartılar isə xeyli dərəcədə aradan qalxıb. Lakin bu müalicə dayandırıldığı təqdirdə xəstəlik yenidən kəskinləşir, yaralar daha geniş şəkildə geri qayıdır və bu da onun həm fiziki, həm də psixoloji vəziyyətinə ciddi təsir edir.
Psoriaz xəstəliyinin nəzarətdə saxlanılması üçün Yasminin müalicəsinin fasiləsiz davam etdirilməsi həyati əhəmiyyət daşıyır. Bu isə ailə üçün maddi baxımdan olduqca ağır yükdür.
Yasminin sağalmasına və normal həyatına qovuşmasına dəstək olmaq istəyən xeyirxah insanlardan kömək göstərmələri xahiş olunur.
Dəstək üçün bank kartı:
4098 5844 9276 5050






Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








