
12 mart 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Nizami rayonunda fəaliyyət göstərən “Azerbaijan British College”də Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 mart Qlobal Təkrar Emal Günü münasibətilə “tullantıların səmərəli idarə olunması və təkrar emal” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Eldəniz Zeynalov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Valeh Əmrahov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin sektor müdiri Sabirə İmaməlili, “Təmiz Şəhər” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdlər arasında ekoloji maarifləndirmənin artırılması, tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emalın ətraf mühitin qorunmasındakı əhəmiyyətinin təbliğidir.
Tədbir ilk olaraq məktəblilərin mövzu ilə bağlı çəkdikləri rəsmlərdən ibarət sərginin ziyarəti ilə başlamışdır. Şagirdlərin yaradıcılıq nümunələri və mövzuya fərqli baxış bucaqları qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Görüş zamanı iştirakçılara qonaqlar tərəfindən məişət tullantılarının azaldılması, təkrar istifadənin təşviqi, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi və ekoloji məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, təkrar emal prosesinin təbii resursların qorunmasında mühüm rol oynadığı xüsusi vurğulanmış və mövzu ilə bağlı məlumatlandırıcı vidio roliklər nümayiş olunmuşdur.
Daha sonra tədbirin təşkilində və həyata keçirilməsində fəal iştirak edən bir qrup şəxsə təşəkkürnamə və fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbirin sonunda qonaqlar şagirdlərin iştirakı ilə müəssisə ərazisində ağacəkmə aksiyası keçirərək ətraf mühitin qorunmasına praktiki töhfə vermişlər.
Bu cür maarifləndirici tədbirlər gənc nəslin ekoloji düşüncəsinin formalaşdırılmasına, davamlı inkişaf prinsiplərinin təbliğinə və ətraf mühitin mühafizəsinə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.




Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








