
“Alsu” şirkətinin rəhbəri Quliyev Faiq Yunis oğlunun təşəbbüsü ilə yardım edildi. Ağcabədi rayonun aztəminatlı şəhid, qazi ailələrinə yardım edildi. Rayonun Kəhrizli, Sarvanlar, Kürdlər, Arazbarı, Yuxarı qiyamadınlı, Minəxorlu, Qarxanlı, Boyat, Biləğanlı, Hacılar, kəndlərinlə “Müqqəddəs Ramazan” ayı münasibəti ilə kütləvi yardımlar edilib.
Alsu şirkətində təxmini 25-30-a yaxın işçi heyəti var. Bunların da əksəriyyəti az təminatlı qazi, şəhid ailələrdir. Onu da qeyd edək ki, bu şirkət 2022-ci ildə həmtəsis olunub bu cür yardımsevərliyi ilə regionda tanınır.
Qeyd edək ki, bundan öncə də İkinci Qarabağ müharibəsi zamanı Quliyev Faiq Yunis oğlu, Quliyev Şamil Yunis oğlu, Quliyev Şahin və Quliyev Tural qardaşları Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna, imkansız şəxslərə və şəhid ailələrinə yardımlar ediblər. Bundan başqa Ağcabədi rayon Qaraxanlı kəndində şəhidlərin xatirəsinə park salınıb, abidə bulaq kompleksi inşa edilib, Bakı şəhərində Şəhid ailələrinə iftar süfrəsi verilib.
@ANmedia.az






Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








