
“İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən "ANmedia.az"ın sorğusuna cavab olaraq bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir:
“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.
Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








