Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan anmedia-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 710 366 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 653 797 nəfər müalicə olunaraq sağalıb, 8 920 nəfər vəfat edib. 47 649 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 889, bu günə qədər isə ümumilikdə 6 296 788 test icra olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin