
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 276 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan anmedia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 457, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 632, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 28 187 nəfərdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin