
Sosial şəbəkə "qəhrəmanlarının" zamanə qəhrəmanlarına çevrildiyi bir vaxtda,biz gənclərə alternativ,cəlbedici,fərqli nə verə bilirik?!Bu gün məktəbi şagirdlər üçün daha yaradıcı,inkişafetdirici mühitə çevirmək önəmlidir. Bu işdə müəllimlərin üzərinə böyük öhdəliklər düşür. Gələcəyin dinamik,fərqli,istedadlı insanlarının şəxsiyyət kimi yetişməsinin təməli məhz məktəbdə atılır.Milli-mənəvi dəyərlərin təbliği dövlətçilik,azərbaycançılıq konsepsiyasını daha damöhkəmləndirməli, dövlətinə,xalqına sadiq milyonlarla insanın formalaşmasına xidmət etməlidir. Biz öz dünənimizin bu günü,gənclərimiz isə bugünümüzün gələcəyi olacaq.Bugünü mükəmməl inşa etməli ki,sabahlardan şikayətlənməyək.
"Müstəqilliyin bərpası gününə" həsr olunmuş tədbirimizdə müstəqilliyin qazanılmasında və qorunmasında vətənpərvərlik hissinin əhəmiyyəti,onun gənclər arasında təbliği mövzusunda müzakirə təşkil olundu.


Müstəqilliyin yaşadılmasında milli nəğmələrimizin önəmindən bəhs olundu.Müzakirə formasında təşkil olunan tədbir şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacağına inam yaradır.




Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin