Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həmin rayonda növbəti əmək yarmarkası təşkil edəcək.
Bu barədə ANmedia.az-a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-ə kimi Laçın şəhərində Seyrəngah adlanan ərazidə keçiriləcək.
Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin