“Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erməni vandalizmi: işğaldan öncə və sonra” adlı layihənin təqdimatı baş tutub.
30 il ərzində işğal altında olan torpaqlarımızda erməni faşistlərinin törətdiyi dəhşətli vəhşiliklər, şəhər və kəndlərimizin, bütün mədəni, dini, tarixi abidələrimizin məhv edilməsi, ekoloji terrorlar acı həqiqətdir. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu dəhşətin nə dərəcə böyük olduğuna bir daha şahid olduq.
Ermənilərin törətdikləri bu cür vəhşiliklərin beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinə çatdırılması vacibdir. Xatırladaq ki, layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin