Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlıları” Gənclərin İctimai Birliyi tərəfindən həyata keçirilən “Dağlıq Qarabağ Həqiqətlərinin Dünya İctimaiyyətinə Çatdırılması İstiqamətində Maarifləndirmə İşi Aparmaq üçün Təlimçilərin Yetişdirilməsi” layihəsi silsilə şəkildə baş tutub.
ANmedia.az xəbər verir ki, layihənin məqsədi bir qrup ictimai fəal gənclərin münaqişə barədə konkret hüquqi, siyasi və tarixi biliklərə yiyələnməsi, bu bilikləri digərlərinə aşılayacaq və əsaslı təbliğat aparacaq səviyyədə savadlı təlimçilərin yetişdirilməsi, bu gənclərin daha sonradan Azərbaycan həqiqətlərinin dünya mediasına və ictimaiyyətinə çatdırılmasında əsas aparıcı rola malik olmasıdır.
Layihə çərçivəsində 30-35 nəfərlik iştirakçı qrupları ilə interaktiv görüşlər baş tutur. Bu görüşlər zamanı gənclərə informasiya müharibəsinin mahiyyəti, müxtəlif modelləri və əsas xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılıb.
Bugünədək layihə çərçivəsində 5 görüş keçirilib və bu görüşlərdən ümumilikdə 150-dən çox gənc yararlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin