Ölkədə istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatlarının tərkibində hər ədəd üçün nikotin, tütün qatranının və karbon monoksidin miqdarının yuxarı həddi müəyyən edilib.
ANmedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Qərara əsasən, hər ədəd üçün nikotinin miqdarı 1,0 mq/siq, tütün qatranı 10,0 mq/siq, karbon monoksidin miqdarı isə 10,0 mq/siq təsdiq edilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Respublika Sanitariya-Karantin Mərkəzinə tütün məmulatlarının istehsalı və idxalı zamanı onun tərkibində nikotinin, tütün qatranının və karbon monoksidin miqdarının yuxarı hədd üzərində dövlət sanitariya nəzarətinin gücləndirilməsi tapşırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin