“Hacıqabul Sənaye Məhəlləsində yeni istifadəyə verilən istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsində 1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur”.
ANmedia.az xəbər verir ki, innovativ texnologiya əsasında müəssisədə istilik izolyasiya lövhələrinin istehsalı həyata keçirilir və istehsal prosesində xammal kimi ümumi təyinatlı polistroldan istifadə edilir. 100 faiz Rusiya kapitalı olan müəssisənin investisiya dəyəri 18,4 milyon manat təşkil edir.
Sənaye məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub. Eyni zamanda, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “İnvestisiya təşviq sənədi” sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 12,9 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin