Son zamanlar “TikTok” sosial şəbəkəsinə müvəqqəti məhdudiyyət səbəbindən VPN-lərə tələbat artıb.
ANmedia.az bildirir ki, ölkəmizdə hər hansı sosial şəbəkə müvəqqəti məhdudiyyət qoyulursa, bu, informasiya təhlükəsizliyini təmin etmək üçün atılan addımdır. Pulsuz VPN-lər şəxsi məlumatların oğurlanmasına zəmin yaradır.
Pulsuz VPN-lərin zərərləri bunlardır:
İstifadəçi “DNS” sorğularını dəyişə bilər və istifadəçi daxil olmaq istədiyi internet saytından fərqli bir sayta yönləndirilə bilər. Məsələn, istifadəçini daxil olmaq üçün saxta bank saytına yönləndirməklə parollar və kredit kartı məlumatları oğurlana bilər.
VPN istifadə edərkən bank hesabınıza daxil olsanız, istifadəçi adı və parol məlumatları oğurlana bilər. Əgər e-poçt hesabına VPN istifadə edərkən daxil olarsa, e-poçt parolu oğurlana bilər və bu məlumatla istifadəçi adından e-poçt göndərilə bilər.
Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin