Bu ilin 8 ayı ərzində ölkə üzrə 75 min 623 doğulan körpə qeydə alınıb.
ANmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 %, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 % olub.
Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin