Növbəti həftə (01-02.05.2023 və 04-05.05.2023 tarixləri) daha 2 rayon və 2 şəhərdə saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.“Qafqazinfo” xəbər verir ki, aksiya həftənin 1-ci günü Gəncə şəhərində (Qələbə Parkı), 2-ci günü Göygöl rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü Goranboy rayonunda (Gənclər Parkı), 5-ci günü Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








