
Yağıntıların qeyri bərabər paylanması uzun çəkən azyağıntılı dövrdən sonra, yağıntının bir gündə aylıq normanı üstələməsi halları, son illərin səciyyəvi tendensiyasına çevrilir.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyevin məlumatına istinadən  bildirir ki, aprel ayının iki günü  tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşdı, toplam 36 mm- lik miqdarla aylıq norma 152 faizə çatdı ki, bu da son  21 il ərzində ən yüksək göstəricidir. 
"Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi". 
Xidmət rəisinin sözlərinə görə, regionlarda  müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və
 bu cür halların təkrarlanması,  çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








