
Xalq artisti Ramiz Novruz "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
ANmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Xalq artisti Ramiz Novruz bu gün saat 15:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, mərhum Xalq artisti ilə evində vida mərasimi keçirilir.