Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 930 yeni yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan anmedia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 627 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 480 nəfər müalicə olunaraq sağalıb, 8 541 nəfər vəfat edib, aktiv xəstə sayı 8 994 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 566, ötən müddət ərzində isə ümumilikdə 6 019 327 test aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin