Həmrəyliyimizi xalq və vətəndaş olaraq bütün dünyaya 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdik. Yaşından, harada yaşamasından asılı olmayaraq hər kəs bir nəfər kimi cənab Ali baş komandan cənab İlham Əliyevin ətrafında həmrəy olaraq birləşdi və düşmənə layiqli cavabını verdi. İstər müharibə və istərsə də post müharibədən sonra Həmrəylik və birlik prosesində gənclərin və xaricdə yaşayan soydaşlarımızın, azərbaycanlıların xüsusi yeri olmuşdur. Müharibə dövründə Ali Baş Komandan Cənab İlham Əliyevin gənclərə müraciəti Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyət və bu çağırışdan sonra gənclərin vətənin müdafiyəsinə könüllü olaraq qoşulması, hətta ölkə xaricində yaşayan gənclərin də bu çağrışa qoşularaq ana vətəninə dönməsi 44 günlük müharibədə şücaət göstərərək işğal altında olan torpaqlarının işğaldan azad etməsi, onların vətənpərvər ruhda tərbiyə almasının əyani göstəricisi oldu. Gənclər könüllü olaraq və könüllülər hərəkatlarına qoşularaq sərhəd boyu Azərbaycan ordusuna, erməni terrorunda əziyyət çəkən insanlara yardım və dəstəklərini, sosial media platformalarında erməni yalanlarını ifşa etməklə operativ olaraq səfərbər olmuş və bəyanətlarla davamlı çıxış etmişlər.
Cənab Ali baş komandan İlham Əliyev çıxışları zamanı daima vurğulayır; “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər”.
Şübhəsiz ki, bu həmrəylik mənfur düşməni hiddətləndirdiyi üçün təmas xəttində olduğu kimi, xarici ölkələrdə də azərbaycanlı icma üzvləri tərəfindən keçirilən dinc nümayişlər zamanı aqresiv davranmışlar. Eləcə də Fransada, Böyük Britaniyada, İsveçdə, Polşada, ABŞda, Belçikada Azərbaycan diplomatik nümayəndəliklərinin binalarına, dinc azərbaycanlı nümayişçilərinə qarşı təxribatlar törətmişlər. Lakin bu təxribatlar və amansız təhdidlər Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını sarsıtmadı, qələbəyə və uzaqgörən uğurlu siyasətə güvənərək daima düşmənin üzərinə getdi və haqq səsini bütün dünyaya çatdırmaqda müvəffəq oldu.
Bu birliyin, vətənə, xalqa olan məhəbbətin, bir nəfər kimi hamının ölkə başçısının dəmir yumruğu ətrafında möhkəmlənməsi, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlar və xaricdə yaşayan soydaşlarımız haqqında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Dünya Azərbaycanlılarının V Qurultayında” geniş müzakirə olundu və təqdirə layiq qiymətləndirildi.
Günel Şəmilzadə
ADPU, fəlsəfə doktoru proqramı üzrə dissertant