“Google”nin ana şirkəti olan Alphabet Inc. təxminən 12.000 işçini ixtisar edəcək.
ANmedia.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sundar Pichai bildirib.
Bu, sözügedən şirkətin qlobal işçi qüvvəsinin altı faizindən çoxunu təşkil edir.
Oktyabr ayında şirkət analitiklərin gözləntilərindən aşağı olan maliyyə nəticələrini açıqlayıb. Mənfəət əvvəlki illə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar olub. Son aylarda Google xərcləri azaltmaq üçün bir sıra addımlar atıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin