Azərbaycanda gənclərin inkişafı, sosiallaşması, asudə vaxtlarının səmərəli keçirilməsi və maarifləndirilməsi prosesinin həyata keçirilməsidir. ÜMUMGƏNCLƏR İctimai Birliyi olaraq müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi planlanlaşdırılır. Keçirilmiş olacaq bu tədbirlərdə Daxili İşlər Nazirliyinin əməkdaşlarının,millət vəkillərinin,dövlət nümayəndələrinin,professor və digər nüfuzlu şəxslərin iştirakı gözlənilir. Bütün bu proseslərin yerinə yetirilməsinə istiqamətlənmiş bir məqsəd və amalla irəliləyirik.
Gənclərin maarifləndirilməsi işini yalnız dövlətin üzərinə yükləmək doğru deyildir,məhz bu səbəbdən Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan gənclərinə əmanət etdiyi gənclər siyasətinin davamçıları, ÜMUMGƏNCLƏR olaraq dövlətin bir qolu kimi maarifləndirilmə prosesini uğurla həyata keçirib,dövlət gənclər siyasətinin inkişafına yönəlmişik. ÜMUMGƏNCLƏR İctimai Birliyinın tərkibində gənclərin maraqlarını nəzərə alaraq müxtəlif klublar fəaliyyət göstərir. ÜMUMGƏNCLƏR İctimai Birliyinə üzvlük gənclərin həyatında uğurların və müsbət nəticələrin əldə olunmasına yardımçı olacaqdır. Sizdə uğura gedən yolda bizimlə addımlamaq istəyirsizsə ÜMUMGƏNCLƏR üzvü olun.
Üzvlük formu:
https://forms.gle/tx939zswSwuqHUTn9
Rəvan Kazımov
ÜMUMGƏNCLƏR İB sədri.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin