Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub.
Nazirlikdən ANmedia.az-a verilən məlumata görə, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq bölmələrinə qəbul ediliblər.
Onlardan bir hissəsi müəssisədə artıq sosial rebilitasiya kursunu başa vurub. Hazırda burada 45-i qadın, 58-i kişi olmaqla 103 sakinə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər davam edir. Onlardan 39-u uşaqlardır.
Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə 300-ə yaxın şəxsə sosial xidmətlər göstərilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin