Bu gün bir sıra istifadəçilər “Meta” şirkətinə məxsus feysbuk sosial şəbəkəsində izləyicilərinin sayının kəskin şəkildə azaldığını bildirib.
İzləyicilərini itirənlər arasında hətta feysbukun qurucusu Mark Zukerberq də olub. Onun abunəçilərinin sayı da 119 milyon nəfər azalsa da, daha sonra əvvəlki rəqəm bərpa olunub. “Meta” şirkəti açıqlama yayaraq problemdən xəbərdar olduqlarını və bunun texniki xəta üzündən baş verdiyini bildirib. Şirkət baş vermiş narahatlığa görə üzr istəyib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə,bəzi mənbələr baş verənləri Facebook-un son zamanlar botlardan istifadə edənlərə qarşı apardığı siyasətlə əlaqələndirib:
“Bir həftə öncə bəzi ABŞ media qurumların hesablarında da belə bir problem baş vermişdi.
Ümumiyyətlə, son zamanlar feysbuk hesabatlarından görünürdi ki, qurum botlardan istifadə edən 1.4 milyard istifadəçiyə qarşı tədbir görüb.
Son yarım ildə hətta milyarddan çox saxta Facebook profilinin silindiyi bildirilirdi”.
Mənbə: banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin