Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır.
ANmedia.az www.nobelprize.org rəsmi saytına istinadən verdiyi xəbərə görə, ilk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibinin adını açıqlanıb.
Qalibin adının açıqlanması mərasimi Karolinska İnstitutunda baş tutub.
Qalibin adını Nobel Fiziologiya və ya tibb Komitəsinin katibi Tomas Perleman açıqlayıb.
Mükafat təkamül genetikası sahəsində ixtisaslaşmış İsveç bioloqu Svante Paaboya verilib. O, mükafata “Nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” layiq görülüb. Svante Paabo 1955-ci ildə Stokholmda anadan olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin