
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan anmedia.z-a verilən məlumata görə, bir gündə 32 306 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 249 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 471 597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 181 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 692 515, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 597 299 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin