
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ANmedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.
ıAzərbaycanda indiyədək ümumilikdə 813 437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 505 nəfərdir.
Ölkədə son sutka ərzində 4 032, hazırkı dövrədək isə 7 155 246 test aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin