Avropa Alp dağlarının az qala yarısının yerləşdiyi İsveçrə xizək turizmi təhlükədədir.
ANmedia.az tədqiqata istinadən bildirir ki, Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutu tərəfindən aparılan araşdırmada köhnə və yeni fotoşəkillər müqayisə edilərək 2010-2016-cı illərdə buzlaqların yalnız yüzdə 12-nin əridiyi ifadə edilib.
Bildirilib ki, hər buzlaq eyni sürətlə ərimir və bəzi buzlaqlar hündürlüyündən, üzərindəki çöküntüdən, ətəklərinin düzlüyündən asılı olaraq az-çox əriyir.
Tədqiqatçılardan Daniel Fainotti, son illərdə iqlim dəyişikliyinə görə buzlaqların əriməsinin sürətləndiyini vurğulayaraq, "Əriməni yaxından izləmək və onun tarixi miqyasını ölçmək vacibdir. Bu yolla buzlaqların dəyişməsini anlaya bilərik". ifadəsini önə çəkib.
Mütəxəssislər qlobal istiləşmə səbəbindən İsveçrə Alplarında buzlaqların əriməsinin daha da artacağı ilə bağlı xəbərdarlıq edirlər.
Günel Şəmilzadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin