Muzey iki Zaqrebli rəssam, kino prodüseri Olinka Viştica və heykəltəraş Drazen Grubisic tərəfindən təsis edilib. Dörd illik sevgi münasibətləri 2003-cü ildə sona çatdıqdan sonra, ikisi artıq şəxsi əşyaları saxlamaq üçün muzey yaratmaq barədə qərar verirlər. İlk dəfə 2006-cı ildə Zaqreb Glyptotheque-də 41-ci Zaqreb Salonunun bir hissəsi olaraq ictimaiyyətə nümayiş etdirilib. Bir səyahət sərgisi kimi yaranan Sonlandırılmış Münasibətlər Muzeyi, bütün dünyada sevgi münasibətinin sonunu sənədləşdirmək istəyən insanların muzeyə verdiyi əşyaları nümayiş etdirir. Bu kolleksiyalar illər sonra Argentina, Bosniya və Herseqovina, Almaniya, Makedoniya, Filippin, Serbiya, Sinqapur, Sloveniya, Cənubi Afrika, Türkiyə, Böyük Britaniya və ABŞ-ı ziyarət edərək dünya turuna çıxıb. 2006-cı il arasında və 2010-cu ildə kolleksiya 200.000-dən çox ziyarətçi tərəfindən görülüb. 2007-ci ildə həmin şəhərdə keçirilən sərgi zamanı təkcə Berlinlilər tərəfindən 30-dan çox obyekt muzeyə hədiyyə edilmişdir. 2010-cu ilin oktyabrında açılan muzey təkcə orijinal mövzusu ilə deyil, həm də həftənin yeddi günü açıq olması ilə xüsusilə xarici turistlər arasında populyarlıq qazandı.
2011-ci ilin may ayında Muzey Avropa Muzey Forumu (EMF) tərəfindən verilən Kennet Hudson Mükafatını aldı.
Bu muzey təkcə insan münasibətlərinin kövrəkliyi haqqında deyil, həm də danışılan hekayələri əhatə edən siyasi, sosial və mədəni vəziyyətlər üzərində müzakirə və düşünməyi təşviq edir. Muzey tamaşaçıların müxtəlif mədəniyyətlərə və kimliklərə xas olan daha geniş tarixi, sosial problemləri anlamaq qabiliyyətinə hörmət edir və donorlar üçün daha şəxsi səviyyədə sərgiləri təşkil edir.
Günel Şəmilzadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin