ANmedia.az xəbər verir ki, Hindistanda doğulan Svami uzun ömür sürməyin sirrini aşiq olmamaq və ədviyyatlı yeməklərdən uzaq durmaqda görür.
126 yaşlı qoca heç vaxt evlənməyib və kasıb həyat sürür.
O maddi həyatı ilə bağlı bunları deyib: "Kasıb doğuldum və maddiyyatda heç gözüm olmadı. Bu gün insanların pul sevgisi məni çox üzür. Onlar buna görə də qısa həyat yaşayırlar".
Svami yataqda yatmır və həsir üzərində yuxuya gedir.
O hər kəsə bunu deyir: "Həyatdakı ən böyük sərvət sağlamlıqdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin